İslamiada: : Beşqat dünya çempionumuz finala yüksəlib
13-05-2017, 14:06
Oxunub: 3 947
Azərbaycan karateçisi Rafael Ağayev "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib
"Report"un məlumatına görə, 75 kq çəki dərəcəsində yer alan 5 qat dünya və 10 qat Avropa çempionu mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun ilk rəqibi türkiyəli Erman Eltemur olub. Görüş Ağayevin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. O, 1/4 finalda Səudiyyə Ərəbistanından olan Sultan əl-Zəhranini yenib - 5:2. Bu görüşdə təcrübəli idmançı baldırından zədələnsə də, görüşü sonadək davam etdirərək qələbəyə nail olub. O, yarımfinalda isə malayziyalı Şarmendran Raqonatanı da üstələyərək finala yüksəlib və ən azı gümüş medalı təmin edib.
Bu gün Azərbaycanın daha iki karateçisi də finala yüksəlib. 55 kq çəki dərəcəsində mübarizə aparan İlahə Qasımova yarımfinalda iordaniyalı Majedah Albaşairehi məğlub edib. Fəridə Abiyeva isə (61 kq) həlledici görüşə vəsiqə uğrunda Özbəkistan təmsilçisi Barno Mirzayevanı üstələyib.
Qeyd edək ki, Rafael Ağayev İslamiadada Azərbaycanın bayraqdarı olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər