Avropa Liqası: "Qəbələ" bu gün cavab oyununa çıxır
3-08-2017, 11:00
Oxunub: 5 442
Bu gün Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunları davam edəcək
Mübarizəni bu turnirdə davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” də meydana çıxacaq. Əyalət klubu evdə Yunanıstan “Panatinaikos”u ilə görüşəcək.
Bir həftə əvvəl səfərdə 0:1 hesabı ilə məğlub olan Roman Qriqorçukun yetirmələri 8-ci km qəsəbə stadionunda mütləq qələbə qazanmalıdır. Son iki ildə qrup mərhələsinin iştirakçısı olan “Qəbələ” pley-offa yüksəlmək üçün ən azı 2 top fərqi ilə sevinməlidir.
2 il əvvəl “Panatinaikos”u pley-offda səfər qolu ilə keçən (0:0,2:2) “qırmızı-qaralar” evdəki uğurlu seriyasını davam etdirməyə çalışacaq. Qazanılacaq qələbə “qırmızı-qaralar” üçün əlamətdar olacaq. Avrokuboklar tarixində 9 dəfə qalib gələn təmsilçimiz 10-cu uğurunun astanasındadır. Yubiley qələbəsi ilə mərhələ adlayacaq komandamız tarixində 3-cü dəfə qrupda oynamağa bir addım da yaxınlaşacaq.(APA)
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
3 avqust
21:00. “Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan)
Baş hakim: Kreyq Pauson (İngiltərə)
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun – 0:1
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər