Azərbaycan güləşçisi dünya çempionatında medal qazanıb
23-08-2017, 10:39
Oxunub: 4 009
Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub
"Report"un məlumatına görə, Azərbaycanın bu növ üzrə komandası bir medal qazanıb.
80 kq çəkidə mübarizə aparan Elvin Mürsəliyev bürünc medala sahib olub. O, ilk görüşdə rusiyalı ikiqat olimpiya çempionu Roman Vlasovu, 1/8 finalda Polşa təmsilçisi Edqar Babayanı vaxtından əvvəl tam üstünlüklə mübarizədən kənarlaşdırıb. Növbəti görüşdə Mürsəliyev mərakeşli Zied Aid Uaqramdan üstün olub.
Yarımfinalda belaruslu Radik Kulievlə gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, sonuncu xalı qazandığından qələbə rəqibə verilib. Beləliklə, Mürsəliyev bürünc medal uğrunda görüşə çıxıb. Həlledici görüşdə bolqarıstanlı Daniel Aleksandrovu üstələyən təcrübəli güləşçi fəxri kürsüyə yüksəlib.
Qeyd edək ki, qalan 7 çəkidə Azərbaycan güləşçilərindən ən yüksək nəticəni İslam Abbasov (85 kq) göstərib. O, 5-ci yeri tutub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər