Səbinə Əzimova ağır atletika üzrə Avropa çempionu oldu
26-09-2017, 11:41
Oxunub: 4 643
Kosovonun paytaxtı Priştina şəhərində 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir
Bolgexeber.com-un məlumatına görə, 22-30 sentyabr tarixlərində keçirilən yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə aparır.
Sentyabrın 25-də Azərbaycan yığmasının əsas qızıl ümidlərindən biri olan Səbinə Əzimova körpücük üzərinə çıxıb.
Səbinə birdən qaldırma hərəkətində hər 3 yanaşmasını uğurla yerinə yetirib və 78 kq nəticə ilə bu hərəkətdə 2-ci olub.
Atletimiz təkanla qaldırma hərəkətində 96 kq çəkini ram edərək, bu hərəkətdə də 2-ci yeri tutub.
Toplamda 174 kq (78+96) nəticə göstərən Səbinə Əzimova, 53 kq çəki dərəcəsində qızıl medalın sahibi olub.
Xatırladaq ki, Səbinə yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi, yaşı 15-ə qədər olan qızların bu çəkidə rekordçusu idi. O, bu gün qızıl medal alaraq 3 qat Avropa çempionu olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər