Bu gün “Qarabağ” “Roma” ilə qarşılaşacaq
5-12-2017, 11:14
Oxunub: 3 972
Bu gün “Qarabağ” komandası 2017/18 mövsümündə Çempionlar Liqasında son oyununu keçirəcək
Bolgexeber.com “Report”a istinadən xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin VI turu çərçivəsində “Roma”nın qonağı olacaq.
Cari mövsümdə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşən “Qarabağ” burada keçirdiyi 5 oyundan 3-də uduzub. Ağdamlılar İngiltərə çempionu “Çelsi”yə həm evdə, həm də səfərdə (0:6, 0:4), “Roma”ya isə Bakıda məğlub olub (1:2). Azərbaycan Premyer Liqasının qalibi yalnız İspaniya “Atletiko”suna hər iki görüşdə gücünü göstərə bilib. Buna rəğmən, artıq “Qarabağ”ın qrup sonuncusu olması dəqiqləşib.
Romada baş tutacaq görüş Ağdam klubu üçün formal xarakter daşısa da, imic baxımından önməlidir. “Köhlən atlar” ilk dəfə mübarizə apardıqları turnirdən müsbət təəssüratlarla ayrılmaq istəyirlər. Meydan sahiblərinin durumu isə fərqlidir. “Canavarlar” qalib gəlməklə, 1/8 finala vəsiqəni təmin edəcəklər. “Roma” uduzsa və ya heç-heçə etsə belə, pley-offa yüksələ bilər. Bunun üçün “Atletiko”nun Londonda “Çelsi”yə qalib gəlməməsi şərtdir.
Çempionlar Liqası
VI tur, C qrupu
5 dekabr
23:45. “Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Tobias Ştiler
Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Zaydel
Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers
Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)
Roma. Olimpiya stadionu
Xal durumu: “Çelsi” – 10, “Roma” – 8, “Atletiko” – 6, “Qarabağ” – 0.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər