UEFA Messini dopinq yoxlamasından keçirib
31-03-2018, 13:14
Oxunub: 4 299
Hücumçu Lionel Messi də daxil olmaqla İspaniyanın “Barselona” klubunun birdən-birə 11 futbolçusu cümə günü UEFA nümayəndələrinin dopinq nəzarəti prosedurundan keçib.
“Report” xəbər verir ki, bu barədə Kataloniya komandasının rəsmi “Twitter” səhifəsi məlumat yayıb.
Bildirilir ki, anti-dopinq yoxlamasına argentinalı futbolçu ilə yanaşı Şteqen, Pike, Rakitiç, Buskets, İnyesta, Suares, Dembele, Alba, S. Roberto və Yumtiti məruz qalıb. Futbolçulardan qan və sidik analizları götürülüb.
“Barselona” futbolçuları dopinq nəzarət prosedurundan ölkə çempionatının 30-cu turu çərçivəsində “Sevilya” ilə martın 31-nə nəzərdə tutulan səfər qarşılaşması öncəsi keçiblər.
Bu görüşdən sonra Kataloniya komandası aprelin 4-də öz meydanında Çempionlar Liqasının ¼ finalı çərçivəsində “Roma”nı qəbul edəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər