“Qəbələ”nin baş məşqçisi istefa verdi
29-05-2018, 12:40
Oxunub: 5 010
Ukraynalı məşqçi Roman Qriqorçukun “Qəbələ” karyerası sona çatıb.
Oxu.Az xəbər verir ki, bunu Qriqorçukun özü ölkə kubokunun "Keşlə" ilə final oyunundan sonra keçirilən mətbuat konfransında açıqlayıb.
Finalda 0:1 hesablı məğlub olan və bu mövsüm də titulsuz qalan “qırmızı-qaralar”ın çalışdırıcısı ölkəmizdən ayrılmağa qərar verib.
Qeyd edək ki, Roman Qriqorçuk 2015-ci ilin yanvar ayından “Qəbələ”nin baş məşqçisi idi. O burda işlədiyi müddətdə "Qəbələ"yə titul qazandıra bilməsə də, iki dəfə komandasını UEFA Avropa Liqasının qrup mərhələsinə salmağı bacarıb.
Onu da bildirək ki, cari mövsüm başa çatdıqdan sonra Premyer Liqa klublarından üçüncüsündə qeydə alınan baş məşqçi istefasıdır. Daha əvvəl Samir Abbasov "Sumqayıt"dan ayrıldığını açıqlayıb, Samir Əliyev isə "Səbail"dəki vəzifəsindən azad olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər