Lionel Messi: "Zidanın gedişinə çox təəccübləndim"
7-06-2018, 12:08
Oxunub: 5 085
İspaniyanın “Barselona” komandasının futbolçusu Lionel Messi Zinəddin Zidanın “Real Madrid”in baş məşqçi postundan istefasına münasibət bildirib.
“Report” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 31 yaşlı hücumçu fransalı mütəxəssisin vəzifəsini tərk etməsinin gözlənilməz olduğunu söyləyib. O, Zidanın gedişinə çox təəccübləndiyini açıqlayıb: "Çünki heç kim bunu gözləmirdi. Amma Zidanın da bunun üçün səbəbləri vardı. Bundan sonra nə edəcəyini bilmirəm. O, “Real Madrid”dəki işini başa vurmaq üçün yaxşı anı seçdi. Axı, Zidan demək olar ki, hər şeyi qazandı. Heç kim onu qınaya bilməz”.
Argentinalı forvard Kriştianu Ronaldunun “Real Madrid”dən mümkünü gedişinə isə şərh verməkdə çətinlik çəkdiyini bildirib: “Heç kim Ronaldunun bundan sonra nə edəcəyini bilmir. Ona görə də belə şayiələrə şərh verə bilməyəcəyəm. Təbii ki, bu və ya digər qərarı qəbul etmək üçün onun öz səbəbləri var. Bu, şəxsi seçimdir”.
Qeyd edək ki, Ronaldunun Fransanın PSJ klubuna keçəcəyi deyilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər