BolgeXeber.Com » İdman » "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirəcək
"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirəcək
25-07-2018, 10:52
Oxunub: 4 027
"Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirəcək
Bolgexeber.com xəbər verir ki, Ağdam təmsilçisi "Kukesi” ilə qarşılaşacaq.
Qurban Qurbanovun yetirmələri ilk sınağına Albaniyada çıxacaq. Təmsilçimiz gələn həftə keçiriləcək cavab matçı öncəsi sərfəli nəticə qazanmağa çalışacaq.
İlk raundda Sloveniya "Olimpiya”sını qol buraxmadan (1:0, 0:0) keçən "Qarabağ” yenilənmiş heyəti ilə son illərin uğurlarını təkrarlamaq iddiasındadı. Ardıcıl 4 dəfə avrokubokların qrupuna düşən çempionumuz 3 dəfə Avropa Liqası, ötən il Çempionlar Liqasına əsas raunda yüksəlib.
Eyni uğura doğru daha bir addım atmaq üçün Qurbanovun yetirmələri Albaniya səddini adlamalıdı. Düzdü, indiyədək Azərbaycan klubları bu ölkədən olan rəqiblərini məğlub etməyib. "Neftçi”nin "Skenderbeu” səddini ilişdiyi, "İnter”in səfər qolu ilə "Laçi”ni keçdiyi duellərdə qələbə qeydə alınmayıb. Bu duellərdə ilkə iddialı olan "Qarabağ” yoluna Çempionlar Liqasında davam etməyə köklənib.
Bu duelin qalibi növbəti mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün güclüsü ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının III təsnifat mərhələsində "Torpedo" (Kutaisi, Gürcüstan) - "Vikinqur" (Farer adaları)cütünün qalibi ilə üz-üzə gələcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul
21.00 Kukesi (Albaniya) - Qarabağ (Azərbaycan)
Hakimlər: Ola Hobber Nilsen, Tom Harald Qronevik, Qeyr Oskar İsaksen, Kay Erik Stin (Norveç).
Hakim-inspektor: Xuan Antonio Fernandes Marin (İspaniya).
UEFA nümayəndəsi: Roy Katkart (Şimali İrlandiya).
Şkoder. Loro Boriçi stadionu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər