Şəhriyar növbəti rekorda imza atdı
1-09-2018, 12:15
Oxunub: 4 154
Ümumdünya Şahmat Federasiyası (FIDE) avqustun yekunlarına əsasən ən güclü şahmatçıların reytinqini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov Sent Luisdəki superturnirdə uğurlu çıxış etdiyindən reytinq əmsalını yaxşılaşdırıb.
2820 əmsala malik olan Şəhriyar yalnız norveçli Maqnus Karlsen (2839) və ABŞ şahmatçısı Fabiano Karuanadan (2827) geri qalır.
Həmçinin Şəhriyar FIDE-nin üç rəsmi reytinqində ilk “onluq”da qərarlaşıb. Klassik şahmatla yanaşı, o, rapiddə VII və blitsdə IX yerdədir.
Digər azərbaycanlı şahmatçılara gəlincə, ilk “yüzlük”də Teymur Rəcəbov(2751, 17-ci yer), Arkadi Naydiç (2721, 28-ci yer), Rauf Məmmədov(2699, 46-cı yer), Eltac Səfərli (2676, 65-ci yer) və Qədir Hüseynov(2667, 74-cü yer) da yer alıb.
Azərbaycan komanda reytinqində isə 2674 xalla Rusiya, Çin və ABŞ-dan sonra IV yeri tutur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər