Azərbaycan Kosovoya qalib gələ bilmədi-VİDEO
8-09-2018, 09:43
Oxunub: 3 379
Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk oyununu keçirib.
Bolgexeber.com xəbər verir ki, "D" Liqasının 3-cü qrup matçında rəqib Kosovo millisi olub.
Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib - 0:0.
Matçın sakit keçən ilk yarısı ilə müqayisədə ikinci hissə daha maraqlı alınıb. Buna əvəzləmələrin də təsiri olub.
61-ci dəqiqədə Ruslan Qurbanov Təmkin Xəlilzadəyə, 66-cı dəqiqədə Emin Mahmudov Dmitri Nazarova, 74-cü dəqiqədə Ramil Şeydayev Rauf Əliyevə yerini verib. 69-cu dəqiqədə isə Azərbaycan millisinin hücumu zamanı top cərimə meydançası daxilində rəqib müdafiəçinin əlinə dəysə də, referi penalti təyin etməyib.
Bir neçə epizodda isə təhlükəli hücumları qolla tamamlamaq mümkün olmayıb.
Beləliklə, Azərbaycan millisi Qurban Qurbanovun rəhbərliyi altında ilk rəsmi matçından qolsuz bərabərliklə ayrılıb. Qurbanovun yanvarın 30-da Moldova ilə yoldaşlıq görüşünə təsadüf edən ilk sınaq matçında da eyni hesab qeydə alınmışdı - 0:0.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər