BolgeXeber.Com » İdman » Roberto Bordin: “Qarabağ” – “Sumqayıt” matçında açıq-aydın penalti vardı”
Roberto Bordin: “Qarabağ” – “Sumqayıt” matçında açıq-aydın penalti vardı”
17-09-2018, 13:13
Oxunub: 3 784
"Komandamızın oyunundan çox razıyam. Üzücü hal odur ki, ilk hissədə kifayət qədər qol imkanlarını dəyərləndirə bilmədik. Ancaq fasilədən sonra yaxşı oynadıq, qol epizodları yaratdıq və sonda məqsədimzə çatdıq. Sonradan meydana çıxan futbolçular ümidləri doğrultdular”
Bolgexeber.com report-a istinadən xəbər verir ki, bunu "Neftçi”nin baş məşqçisi Roberto Bordin evdə "Keşlə”ni 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb…
Dediniz ki, oyundan razı qaldınız. Ancaq "Neftçi” 88-ci dəqiqəyədək meydanda var-gəl edirdi. O vaxtadək komandanız harada idi?
– Ola bilər ki, siz başqa oyuna baxırdınız. Ciddi sual verin və onu cavablandırım.
Rəqib baş məşqçi bəxtlərinin gətirmədiyini açıqladı. Bəs siz necə düşünürsünüz?
– İlk hissədə qol imkanları yaratsaq da, vura bilmədik. Bəxt onda gətirər ki, 1 qol epizodu yaradasan və ondan istifadə edərək qalib gələsən.
İlk 3 oyunda cəmi 7 dəqiqə oynamış Rəhman Hacıyev bu gün əsas heyətdə meydana çıxdı. O, tələblərinizə nə dərəcədə cavab verdi?
– Rəhmandan razıyam. Meydanda üstün oyunumuzda pay sahibi oldu. Bu gün şans verdiyim futbolçulardan razı qaldım.
Bu suala "Neftçi”nin baş məşqçisi kimi yox, italiyalı mütəxəssis kimi cavab verməyinizi istərdik. "Qarabağ” – "Sumqayıt” matçında penalti ilə bağlı mübahisəli epizodlar haqda nə düşünürsünüz?
– Açıq-aydın görünürdü ki, penalti vardı. Burada penalti verməmək şansı da yox idi. Düşünürəm ki, bu, sadə vəziyyət idi. Həm baş hakim, həm laysman asanlıqla penalti qərarı verə bilərdi.
Zədəli Emin Mahmudovun yoxluğu komandanın hücum quruculuğuna necə təsir göstərdi?
– O, çox keyfiyyətli futbolçudur, hücumameylli oyunçudur, təhlükəli epizodlar yaradır. Mahmudov hətta kapitan sarğısını daşıyıb. Rəhman onun yerində kifayət qədər yaxşı oynadı, təhlükəli epizodlar yaratdı. Hacıyevdən razıyam.
Mahmudovun durumu necədir? Növbəti matçda oynayacaq?
– Millidən zədəli gəlib, durumuna baxacağıq. Buna əsasən, qərarımızı verəcəyik.
Dario Federikonun daha çox fərdi oyuna üstünlük verməsi sizi narahat edirmi?
– Dario və Dabo fərdi oynları ilə seçilən futbolçulardır. Onlardan razıyam. Top itkilərini normal sayıram. Yorulduğu üçün Darionu ikinci hissədə əvəzlədim.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər