Qurban Qurbanov PFL-ə müraciət edəcək: “Oyun təxirə salınmalıdır”
27-09-2018, 11:06
Oxunub: 3 576
"Qarabağ" klubunun Azərbaycan Premyer Liqasının VII turunda "Keşlə" ilə nəzərdə tutulan səfər oyunu təxirə salına bilər
Bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bildirib.
O deyib ki, oktyabrın 6-da keçirilməli olan qarşılaşmanın başqa vaxta keçirilməsi üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət edəcəklər: "Oyunların təxirə salınmasını xoşlamıram. Lakin oktyabrın 4-də "Arsenal"ı qəbul edəcəyik. Bundan 2 gün sonra isə "Keşlə" ilə görüşümüz nəzərdə tutulub. Təbii ki, oktyabrın 6-da oynaya bilmərik. Oyunu oktyabrın 7-nə keçirsək, Azərbaycan yığmasının Farer adaları və Malta ilə keçirəcəyi UEFA Millətlər Liqasındakı qarşılaşmalarına hazırlaşmağa cəmi 4 gün vaxtımız qalacaq.
Sabah "Keşlə" ilə görüşümüzün təxirə salınması xahişi ilə PFL-ə müraciət edəcəyik. Çox istərdik, oynayaq. Ancaq bu, elə bir an oldu ki, 2 gün fərqlə meydana çıxmaq mümkün deyil. Həm "Keşlə", həm də PFL-dən xahiş edəcəyik ki, oyun təxirə salınsın".
Qeyd edək ki, "Qarabağ"ın I turdan təxirə salınan "Zirə" ilə oyunu bu gün keçirilib. Görüş Ağdam komandasının qələbəsi ilə yekunlaşıb - 3:2.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər