“Xəzər Lənkəran”da onuncu türkiyəli
20-02-2013, 13:15
Oxunub: 6 960
Topaz Premyer Liqasının XX turunun “Turan”la oyunu daha bir futbolçunun “Xəzər Lənkəran”da debütü ilə əlamətdar olub. Matçda komandanın üçüncü qolunu vuran Gökhan Güleç ilk dəfə ağ-yaşıl formada meydana çıxıb.
Türkiyəli legioner “Xəzər Lənkəran”da oynayan 158-ci futbolçu kimi tarixə düşüb. Bu oyunçulardan 14-ü cari mövsüm debüt edib. Güleçə qədər Ruslan Abışov, Orxan Sadıqlı, Ağabala Ramazanov, Kamran Abdullazadə, Andre Roberto “Beto”, Vanderson Skarduell, Dimitrios Sialmas, Akif Tağıyev, Elnur Cəfərov, Antonio Doblas, Alvaro Silva, Marin Orsuliç, Uğur Pamuk “Xəzər Lənkəran”da ilk oyunna çıxmışdı.
Güleç “Xəzər Lənkəran”ın 10-cu türkiyəli futbolçusudur. Onlar arasında ən çox oyun keçirən Ayhan Devrandır. Qonşu ölkə təmsilçiləri komandada ümumilikdə 146 matç keçirib.
Devran Ayhan 51 (oyun) 1 (qol)
Oqtay Derelioğlu 23 18
Deniz Kolqu 18 0
Fatih Sonkaya 13 0
Göksel Akınçi 12 0
Ahmed Dursun 11 5
Mesut Kumçuoğlu 10 1
Muammer Erdoğdu 4 0
Tunc Kip 3 0
Gökhan Göleç 1 1
Legioner elə ilk oyununda qol hesabını açmaqla “Xəzər Lənkəran”ın qolçular siyahısına da daxil olub. O, komanda tarixində fərqlənən oyunçuların sayını 79-a çatdırıb. Güleç “Xəzər Lənkəran”da qol vuran 50-ci legionerdir. Bu əcnəbilər 21 ölkəni təmsil edir. Onlardan 5-i Türkiyəni təmsil edir. Ən məhsuldar türkiyəli Oqtay Dərəlioğlu və həmyerliləri ümumilikdə 26 qol vurublar.
ANN.Az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər