BolgeXeber.Com » İdman » “Qarabağ” azarkeşlərinə müraciət etdi

“Qarabağ” azarkeşlərinə müraciət etdi

4-10-2018, 15:16
“Qarabağ” azarkeşlərinə müraciət etdi“Qarabağ” futbol klubu azarkeşlərinə müraciət edib.

Bolgexeber.com-un məlumatına görə, müraciətdə deyilir ki, bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Qarabağ” – “Arsenal” oyununun keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapıları oyunun başlamasından 3 saat öncə – saat 17:55-də açılacaq.

Azarkeşlərdən tribunada yerlərini asanlıqla tapması və oyunun başlamasına yaxın yaranacaq anşlaqın qarşısını almaq üçün stadiona 3 saat öncədən gəlməsi xahiş olunur.
Xatırladaq ki, “Qarabağ” ilk turda səfərdə “Sportinq” (Portuqaliya) klubuna 0:2 hesabı ilə məğlub olmuşdu.