BolgeXeber.Com » İdman » 27 oyun, 27 qələbə! - Həbib Nurməhəmmədov Konor Makqreqora qalib gəldi-VİDEO

27 oyun, 27 qələbə! - Həbib Nurməhəmmədov Konor Makqreqora qalib gəldi-VİDEO

7-10-2018, 10:16
Oxunub: 3 669 27 oyun, 27 qələbə! - Həbib Nurməhəmmədov Konor Makqreqora qalib gəldi-VİDEOLas-Veqasda keçirilən "UFC-229" turniri çərçivəsində baş tutan UFC-nin yüngül çəki dərəcəsində rusiyalı qalibi Həbib Nurməhəmmədov və irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor arasında döyüşdən sonra zalda kütləvi dava baş verib

Bolgexeber.com Trend-ə istinadən bildirir ki, kütləvi dava H.Nurməhəmmədovun və K.Makqreqorun komandalarının iştirakı ilə tamaşaçıların olduğu yerdə başlayıb və sonra oktaqonda davam edib.

İnsidentin mühafizəçilər və zalda olan döyüşçülərin köməyi ilə qarşısını almaq mümkün olub. Ara sakitləşəndən sonra "UFC"-nin prezidenti Deyna Uayt K.Makqreqorun komandasında xəbərdarlıq edib.

Xatırladaq ki, bu gün UFC-nin yüngül çəki dərəcəsində rusiyalı qalibi Həbib Nurməhəmmədov irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor üzərində "UFC-229" çempionatı çərçivəsində qalib gəlib. Rusiyalı idmançı rəqibi üzərində qələbə qazanaraq "UFC" çempionu titulunu qoruyub. Döyüş H.Nurməhəmmədovun 4-cü raundda rəqibinə qarşı boğucu fənd tətbiq eləməsindən sonra başa çatıb.
Rusiya təmsilçisi dördüncü raundda boğucu fəndlə qalib gəlib.

Bu döyüş Nurməhəmmədovun 27-ci döyüşü olub. Rusiyalı idmançı karyerası ərzində heç vaxt uduzmayıb - 27 oyun, 27 qələbə!

----------

09:08

Həbib Nurməhəmmədov Konor Makqreqora qalib gəlib.

--------

08:42

Birləşmiş Ştatların Las-Veqas şəhərində UFC çempionları irlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüş başlayıb.

Qarşılaşma Las-Veqasın şəhərətrafı ərazisi "Ti-Mobayl-arena"da keçirilir.

Konor Makqreqor yarım yüngül və yüngül çəki üzrə çempiondur. Bütün karyerası boyu 21 döyüş keçirib, üçündə məğlub olub.

Həbib Nurməhəmmədov isə UFC-nin yüngül çəki üzrə hazırkı çempionudur. Karyerası boyu 26 peşəkar döyüş keçirib və heç birində məğlub olmayıb.