Azərbaycan millisi Norveçə böyük hesabla uduzdu
23-10-2018, 18:08
Oxunub: 4 161
17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb
Qaynarinfo xəbər verir ki, Ramin Quliyevin başçılıq etdiyi kollektiv bu gün ilk oyununu keçirib. 8-ci qrupda yer alan yığmamız ilk sınağında Norveçlə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Komandamızın heyətində yeganə qolu millimiz və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub.
Yığmamız qrupda növbəti oyununu oktyabrın 26-da, saat 14:00-da Çexiyaya qarşı keçirəcək.
Qeyd edək ki, komandamızın qrupunda Norveçlə yanaşı, Albaniya və Çexiya yığmaları da yer alırlar. Qrupun bütün oyunları Albaniyada keçirilir.
Avropa çempionatı
Seçmə mərhələ
I tur, 8-ci qrup
23 oktyabr
Azərbaycan U-17 – Norveç U-17 1:4
Qollar: Musa Qurbanlı, 89 – Herman Gelmuyden, 18-pen. Robin Skroqstad, 19. Fredrix Oppeqard, 20. Nils Vallotto, 71.
Hakimlər: Admir Şehoviç, Sreten Udoviçiç (Bosniya və Herseqovina), Elis Pulay, Florian Lata (Albaniya).
Luşnya. “Roza Haciu” stadionu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər