“Qarabağ”ın sabiq futbolçusu “Sumqayıt”ın baş məşqçisi oldu
14-11-2018, 17:56
Oxunub: 5 161
Ayxan Abbasov “Sumqayıt” FK-nın baş məşqçisi təyin olunub.
Oxu.Az xəbər verir ki, adıçəkilən mütəxəssislə gələn mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Abbasov futbolçu karyerası dövründə “Xəzri”, “Şəfa”, MOİK, “Turan” və “Qarabağ” kimi klubların şərəfini qoruyub. Məşqçilik karyerasına 2015-ci ildə “Zirə”nin əvəzedicilərində başlayan mütəxəssis 2016-cı ilin yanvarından əsas komandanın sükanı arxasına keçib.
Onun rəhbərliyi altında adıçəkilən klub 2016/2017 mövsümünü IV pillədə tamamlayıb və Avropa Liqasına vəsiqə qazanıb (altı qələbə, altı heç-heçə, iki məğlubiyyət). Ayxan Abbasov 2017/2018 mövsümündə də “Zirə” ilə mövsümü IV pillədə tamamlayıb (12 qələbə, səkkiz heç-heçə, səkkiz məğlubiyyət).
Xatırladaq ki, “Sumqayıt” iki gün əvvəl Nazim Süleymanovla müqaviləyə xitam verdiyini açıqlamışdı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər