"Trabzonspor" klubunun 1 milyard lirədən çox borcu olduğu açıqlanıb
27-11-2018, 16:54
Oxunub: 4 152
Türkiyənin "Trabzonspor" klubunun 1 milyard 246 milyon 380 min lirə (təqribən, 588 milyon manat) borcu var.
"Report" xəbər verir ki, bu barədə Trabzon təmsilçisinin nəzarət qurumunun rəhbəri Mahmut Ören klubun Baş Assambleyası ərəfəsində təşkil edilən mətbuat konfransında bildirib.
Borcun 659 milyon 498 min 121 lirəsi qısa, 586 milyon 882 min 258 lirəsi isə uzun müddətlidir.
M.Örenin sözlərinə görə, 285 milyon 681 min 573 min alacağı çıxıldıqda, xalis borc 987 milyon 698 min 806 lirə təşkil edir.
Qeyd edək ki, "Trabzonspor" 2017-ci ildə Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi Rusiyanın "Zenit" klubundan 170 min avro müqabilində transfer edib. Klub 22 yaşlı hücumçuya komandada qaldığı və icarəyə verildiyi müddətdə 370 min avro ödəyib. Qara dəniz təmsilçisi 2020-ci ilə qədər müqaviləsi olan yığma üzvünü bu ilin yayında qarşılıqlı razılaşma əsasında sərbəst buraxıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər