"Real" və "Borussiya" 1/4 finalda
6-03-2013, 09:20
Oxunub: 7 246
Dünən "Real" və "Borussiya" 1/4 finalda UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmalarına start verilib.İlk oyun günündə iki qarşılaşma baş tutub ki, onlardan da birini erkən final adlandırmaq olardı. Söhbət İngiltərədə “Mançester Yunayted”lə “Real” arasında keçirilən oyundan gedir.
Bu komandaların Madriddəki ilk oyunu 1:1 hesabı ilə yekunlaşmışdı. Cavab qarşılaşmasında meydan sahiblərini 0:0 hesablı heç-heçə də qane edirdi. “Real” isə növbəti mərhələyə adlamaq üçün ya qələbə qazanmalı, ya da birdən artıq qollu istənilən heç-heçəyə nail olmalı idi. Oyunu gedişatında hesabda geri düşməsinə baxmayaraq, Madrid təmsilçisi iki qol vuraraq qələbə qazanıb. Yeri gəlmişkən, "Real" hər iki qolu "MY" on nəfərlə qaldıqdan sonra vurub.
Beləliklə, səfərdə çətin qələbə qazanan "Real" 1/4 finala vəsiqə əldə edib.
Bu mərhələnin digər iştirakçısı isə Dortmundda "Şaxtyor"u 3:0 hesabı ilə mığlub edın “Borussiya” olub.
Çempionlar Liqası: 1/8 final, təkrar oyunlar
5 mart
23.45. “Borussiya” (Dortmund, Almaniya) – “Şaxtyor” (Ukrayna)- 3:0
İlk oyun - 2:2
Qollar: Santana, 31 (1:0), Götze, 37 (2:0), Blaşikovski, 59 (3:0)
23.45. “Mançester Yuneyted” (İngiltərə) – “Real” (İspaniya) -1:2
İlk oyun – 1:1
Qollar: Ramos-avtoqol, 48(1:0),Modric, 65 (1:1), Ronaldo,68 (1:2)
Qırmızı vərəqə: Nani ("Mançester Yunayted"), 56
6 mart
PSJ (Fransa) - “Valensiya” (İspaniya)
İlk oyun – 2:1
“Yuventus” (İtaliya) – “Seltik” (Şotlandiya)
İlk oyun – 3:0
12 mart
“Şalke” (Almaniya) – “Qalatasaray” (Türkiyə)
İlk oyun – 1:1
“Barselona” (İspaniya) – “Milan” (İtaliya)
İlk oyun – 0:2
13 mart
“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə)
İlk oyun – 3:1
“Malaqa” (İspaniya) – “Portu” (Portuqaliya)
İlk oyun – 0:1
Qol.Az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər