“Keşlə”dən Kamran Ağayevlə bağlı - BƏYANAT
17-12-2018, 12:14
Oxunub: 3 964
“Keşlə” klubu dünən keçirilmiş Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la matçı barədə bəyanat yayıb.
Bolgexeber.com xəbər verir ki, qəsəbə komandası klubun Kamran Ağayevin hakimlər otağına daxil olaraq müəyyən hərəkətlərə yol verməsi barədə bəzi elektron Kütləvi İnformasiya Vasitələrində həqiqətə uyğun olmayan məlumat yayıldığını bildirib:
“Bildirmək istəyirik ki, Kamran Ağayev hakimlərə qarşı hər hansı bir qeyri-adekvat hərəkətə yol verməyib. O, oyun zamanı sarı vərəqə ilə cəzalandırılmış komanda yoldaşı haqqında doğru qərar qəbul etməsini hakimlər heyətindən xahiş etməyə çalışıb. Bu hadisə “Keşlə” FK-nın Müşahidə Şurasının sədri və AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundovun diqqətindən yayınmayıb və o, Kamran Ağayevdən hakimlər otağını dərhal tərk etməsini tələb edib. Klub rəhbərliyi belə davranışı heç bir halda məqbul saymır.
Nəzərinizə çatdırmaq istəyirik ki, klub rəhbərliyi xırda nöqsanlar istisna olmaqla “Qarabağ” – “Keşlə” matçının hakimlər heyətinin idarəçiliyi ilə bağlı ciddi narazılığı yoxdur və istənilən etirazın Əsasnamə qaydalarına uyğun ifadə edilməsinin tərəfdarıdır”.
Qeyd edək ki, qarşılaşma “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 65-ci dəqiqədə Kamran Ağayevin çıxışda səhvindən sonra Rahil Məmmədov vurub. Baş hakim Vüqar Həsənli etiraz etdikləri üçün görüşə əlavə olunmuş sonuncu dəqiqədə “Keşlə”nin müdafiəçiləri – Sərtan Taşkın və Tərlan Quliyevə sarı vərəqə göstərib. Etiraz isə “Keşlə”nin hücum etdiyi zaman oyunun başa çatdırılmasına görə olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər