Almanlar uduzdular, ingilislər sevinə bilmədilər
14-03-2013, 09:15
Oxunub: 7 576
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki cavab oyunu keçirilib.
"Schalke” öz meydanında "Galatasaray"ı qəbul edib. Bu komandalar arasında keçirilən ilk görüş 1:1 hesabıyla yekunlaşmışdı. Almaniyadakı görüşdə isə qardaş Türkiyə təmsilçisi möhtəşəm qələbə sayəsində növbəti mərhələyə çıxıb.
Digər maraqlı oyun İspaniyada baş tutub. "Barcelona" öz meydanında "Milan"ı qəbul edib. İlk görüşdə 0:2 hesabı ilə məğlub olan "Barsa" doğma meydanda bu məğlubiyyətin əvəzini artıqlamasıyla çıxmağı bacarıb. Nəticədə, "Barsa" növbəti mərhələyə adlayıb.
Son oyun günündə isə “Bayern” “Arsenal”a uduzsa da, səfərdə vurduğu 3 qol almanlarıı növbəti mərhələyə daşıyıb. “Malaga” da ilk oyunda uduzduğu “Porto”nu 2 cavabsız qolla yenərək, son vəsiqəyə sahib çıxıb.
Çempionlar Liqası
1/8 final (cavab oyunları)
12 mart
Schalke (Almaniya) – Galatasaray (Türkiyə) - 2:3 (İlk oyun – 1:1)
Qollar: Neustadter, 17, M.Bastos, 63 - H.Altıntop, 37, B.Yılmaz, 42, U.Bulut, 90+4.
Barcelona (İspaniya) – Milan (İtaliya) - 4:0 (0:2)
Qollar: Messi, 5; 40, D.Vilya, 55, Alba, 90.
13 mart
Bayern (Almaniya) – Arsenal (İngiltərə) - 0:2 (3:1)
Qollar: Jiru, 3, Koşçielni, 85.
Malaga (İspaniya) – Porto (Portuqaliya) - 2:0 (0:1)
Qollar: İzko, 43, S.Krus, 77.
Qeyd edək ki, bu mərhələnin ötən həftə baş tutan cavab oyunlarında aşağıdakı nəticələr qeydə alınmşdı:
PSG (Fransa) - Valencia (İspaniya) - 1:1 (2:1)
Juventus (İtaliya) – Celtic (Şotlandiya) - 2:0 (3:0)
Borussia (Dortmund, Almaniya) – Şaxtyor (Ukrayna) - 3:0 (2:2)
Manchester United (İngiltərə) – Real (İspaniya) - 1:2 (1:1)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər