İtən futbolçunu aparan təyyarə tapıldı
4-02-2019, 10:49
Oxunub: 4 854
Fransanın "Nant" klubundan İngiltərə Premyer Liqa təmsilçisi "Kardiff Siti"yə transfer olunan Emiliano Salanı Böyük Britaniyaya aparan təyyarə La-Manş (İngilis kanalı) boğazında yoxa çıxmışdı.
Bolgexeber.com sportal.az-a istinadən xəbər verir ki, yanvarın 22-dən start götürən axtarışlardan sonra, nəhayət, onu aparan təyyarə tapılıb. Argentinalı forvardı Kardiffə aparan təyyarə La-Manş boğazının dərinliklərində tapılıb. Artıq Salanın ailəsinə bu barədə məlumat verilib.
28 yaşlı hücumçu "Kardiff Siti"yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Bundan əlavə, o, "Nant"dakı komanda yoldaşları ilə sağollaşmışdı. Lakin yanvarın 21-i 59 yaşlı pilot David İbbotson idarə etdiyi ABŞ istehsalı olan "Piper-P46 Malibu" markalı təyyarə La-Manş boğazında radardan itmişdi.
Yanvarın 24-də isə Qernzi liman kapitanı David Berker hansısa insan övladının ilin bu vaxtı suda yaşamaq ehtimalının olmadığını bildirirərək, üç gün davam edən axtarışları dayandırdıqlarını demişdi.
Lakin bu gün səhər saatlarında dəniz mütəxəssisi David Mirns tərəfindən idarə edilən xüsusi maliyyələşdirilmiş axtarış baş tutdu və təyyarə kanalın dərinliklərində tapıldı.
Qeyd edək ki, Emiliano Sala "Nant"da 117 oy
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər