Türkiyə futbol millisi başsız qaldı
12-02-2019, 09:12
Oxunub: 4 517
Türkiyənin futbol millisi baş məşqçisiz qalıb.
Oxu.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyəti millinin rumıniyalı baş məşqçisi Mirça Luçesku ilə bu gün keçirilən görüşdən sonra müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam vermək qərarına gəlib.
Görüşdən sonra Luçesku bu sözləri deyib:
“Türkiyə millisinin heyətini yeniləmək və gəncləşdirmək hədəfi ilə çıxdığımız yolda işlərimizi bitirdiyimi düşünürəm. Yaxınlaşmaqda olan AVRO-2020-nin seçmə mərhələsi öncəsi yeni baş məşqçinin yolunu açmaq üçün qarşılıqlı anlaşaraq bu qərarı verdik.
TFF prezidenti Yıldırım Dəmirörən və İdarə Heyəti üzvlərinə mənə inandıqları və dəstəklədiklərinə, köməkçilərimə də mənə yardım etdiklərinə görə təşəkkür edirəm. Türkiyənin qəlbimdə daim xüsusi bir yeri olacaq”.
Qeyd edək ki, “Qalatasaray” və “Beşiktaş”ı Türkiyə çempionu etmiş Mirça Luçesku 2017-ci ilin avqustun 2-də Fatih Terimi əvəzləyərək qardaş millinin baş məşqçisi təyin olunub. O, təyinatı zamanı Türkiyə millisinin məşqçilik karyerasında çalışdıracağı sonuncu komanda olduğunu bəyan edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər