Foqts Lüksemburqdakı biabırçılıqdan... razı qaldı
23-03-2013, 08:55
Oxunub: 7 430
"Yaxşı oyun nümayiş etdirdik"
“Hər iki komanda maraqlı oyun sərgilədi. Biz isə ümumilikdə yaxşı oyun nümayiş etdirdik”. Bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsinin F qrupunun sonuncu Lüksemburqa qarşı oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında söyləyib.
O qeyd edib ki, komandasından daha çox mübarizə gözləyib: “Mən daha aqressiv oynayacağımızı gözləyirdim. Əgər mübarizə aparsaydıq, oyunu uda bilərdik. Bu matç göstərdi ki, Azərbaycanda bacarıqlı futbolçular var. Lakin onlar fikirləşməlidirlər ki, belə görüşlərdə bütün gücünü ortaya qoymalısan”.
Berti Foqts bildirib ki, Lüksemburq müdafiədə diqqətli oynayıb, millimizə çox qol imkanı yaratmağa imkan verməyib: “Məni razı salan yeganə məqam odur ki, qol buraxmadıq. Baxmayaraq ki, bunun üçün rəqibin bir neçə imkanı oldu”.
Foqts həmçinin komandasının fiziki durumundan narazılıq edib: “İkinci hissədə komandanın fiziki durumu istədiyim kimi deyildi. Biz rəqiblə sonadək mübarizə apara bilmədik. Mən bu görüşü üç il əvvəl Lüksemburqa qalib gəldiyimiz oyunla müqayisə etmək istəmirəm. Bunlar fərqli oyunlardır”
azerisport.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər