BolgeXeber.Com » İdman » Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb
Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb
10-04-2019, 12:00
Oxunub: 5 220
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında 5 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Minval.info-nun məlumatına görə, 57, 65, 70, 79 və 97 kq-da çıxış edən Azərbaycanın sərbəst güləşçiləri bu çəkilərin hər birində fəxri kürsüyə qalxıblar.
Belə ki, həmyerlilərimizdən xalçaya öncə Mahir Əmiraslanov çıxıb. 57 kq çəki dərəcəsində gücünü yoxlayan pəhləvanımız bürünc medal uğrunda görüşdə Georgi Vangelovla (Bolqarıstan) üz-üzə gəlib. M. Əmiraslanov 8:4 hesabı ilə qalib gələrək, Avropa çempionatını 3-cü yerdə bitirib.
Üçqat dünya və ikiqat Avropa çempionu Hacı Əliyev (65 kq) də Buxarest sınağını medalla başa vurub. O, Selahattin Kılıcsallayanla (Türkiyə) dueldən asan qələbə ilə ayrılıb (7:0) və titulunu qorumaqla, üçüncü dəfə qitənin ən güclüsü adına layiq görülüb.
70 kq çəki dərəcəsində yarışan Ağahüseyn Mustafayev də qızıl medal üçün türkiyəli idmançı ilə qüvvəsini sınayıb. Mustafa Kaya ilə güləşən milli üzvü 2:6 hesabı ilə uduzub və gümüş mükafatla kifayətlənib.
Yığmamızın kapitanı Cəbrayıl Həsənov (79 kq) da Hacı Əliyev kimi, 3-cü dəfə Avropa çempionu tituluna yiyələnib. O, komanda yoldaşından fərqli, final görüşünü keçirmədən qalib elan edilib. Buna Həsənovun rusiyalı rəqibi Əhməd Qazıməhəmmədovun yarımfinalda zədələnməsi səbəb olub.
Günə 97 kq çəki dərəcəsinin döyüşləri ilə yekun vurulub. Üçüncü yer uğurda güləşən Nurməhəmməd Hacıyev bürünc medal uğrunda Məhəmmədhacı Nurovla (Makedoniya) qarşılaşıb. Görüş pəhləvanımızın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, millimiz ilk medal gününü 5 mükafatla bitirib. Bunlardan 2-si qızıl, 1-ü gümüş və 2-si bürünc olub.
Qeyd edək ki, Avropa çempionatının sabah keçiriləcək medal döyüşlərində 3 idmançımız xalçaya çıxacaq. Onlardan Şərif Şərifov (92 kq) qızıl, Hacımurad Hacıyevlə (74 kq) Murad Süleymanov (86 kq) bürünc medal üçün mübarizə aparacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər