Oxunub: 3 832“Kasımpaşa” və “Bursaspor” görüşündə insident yaşanıb Türkiyə Çempionatının 27-ci turu çərçivəsində “Kasımpaşa” və “Bursaspor” komandalarının görüşündə insident yaşanıb. Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, “Kasımpaşa”nın 2:0 hesablı qələbəsi ilə bitən oyunda “Bursaspor”un qapıçısı Harun Təkin meydançaya çıxan fanatı döyüb.Hadisə zamanı meydana kütlə toplaşmağa başlayıb. Hüquq-mühafizə orqanları vaxtında insidentin böyüməsinin qarşısını ala biliblər.