Portuqaliya millisi finalda – UEFA Millətlər Liqası
6-06-2019, 09:34
Oxunub: 4 746
UEFA Millətlər Liqasında "dördlər finalı"na start verilib.
Modern.az xəbər verir ki, A Liqasında qrup qaliblərinin qatıldığı yarışın ilk yarımfinalında Portuqaliya və İsveçrə yığmaları üz-üzə gəlib. Portu şəhərindəki "Draqao" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Qalib komandadan hər 3 qolu kapitan Kriştianu Ronaldu vurub. O, əvvəlcə 25-ci dəqiqədə cərimə zərbəsindən hesabı açıb. 58-ci dəqiqədə Rikardu Rodriges VAR sisteminə müraciətdən sonra təyin olunmuş penalti ilə bərabərlik qolunu vurub. Lakin oyunun sonlarında Ronaldu yenidən meydana çıxıb. 34 yaşlı hücumçu 88 və 90-cı dəqiqələrdə də fərqlənərək, Portuqaliya millisinin finala yüksəldib.
Qeyd edək ki, digər yarımfinal matçı bu gün Gimaraynş şəhərində Hollandiya və İngiltərə yığmaları arasında olacaq. İyunun 9-da isə final və 3-cü yer uğrunda görüşlər keçiriləcək. Həlledici mərhələnin bütün görüşləri Portuqaliyada keçirilir.
UEFA Millətlər Liqası
22:45. Portuqaliya - İsveçrə - 3:1
Qol: Kriştianu Ronaldu, 25; 88; 90 - Rikardu Rodriges, 57 (pen.)
Portuqaliya: 1. Rui Patrisiu, 3. Pepe, 4. Ruben Diaş, 5. Rafael Gerreyro, 7. Kriştianu Ronaldu (k.), 10. Bernardu Silva, 14. Uilyam Karvalu, 16. Brunu Fernandeş, 18. Ruben Neveş, 20. Nelson Semedo, 23. Joao Feliks
Baş məşqçi: Fernandu Santuş
İsveşrə: 1. Yan Sommer, 2. Kevin Mbabu, 5. Manuel Akanji, 8. Remo Fröler, 9. Haris Seferoviç, 10. Qranit Caka (k.), 13. Rikardu Rodriges, 14. Stiven Tsuber, 17. Denis Zakaria, 22. Fabian Şer, 23. Cerdan Şakiri
Baş məşqçi: Vladimir Petkoviç
Baş hakim: Feliks Brıx (Almaniya)
Porto. "Estadio do Dragao" stadionu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər