Futbol millimiz ərəblərlə üçüncü matçına çıxır
9-10-2019, 12:22
Oxunub: 8 032
Bu gün futbol millimiz növbəti oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, millimiz özündən reytinqdə dörd pillə öndə olan Bəhreynlə yoldaşlıq oyununa çıxacaq.
Manamada keçiriləcək görüş üçün millimizin otel və qidalanma xərcləri ərəblər tərəfindən qarşılanıb. 2008-ci ildə Manamada 2:1 və 2012-ci ildə Bakıda 3:0 qalib gəldiyimiz bu rəqiblə oyuna yığmamız itkilərlə çıxacaq.
Belə ki, komandamızın kapitanı Maksim Medvedev, müdafiəçi Anton Krivotsyuk və yarımmüdafiəçi Dmitri Nəzərov Macarıstanla seçmə mərhələ oyununu cəza səbəbindən buraxdığından, bu səfərə də aparılmayıblar. Bundan başqa, qapıçımız Səlahət Ağayevlə hücumçumuz Mahir Emreli də zədəli olduğundan, heyətdən çıxarılıblar.
Qeyd edək ki, Bəhreyn Milli Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Matçın baş hakimi omanlı Əhməd Əbubəkr Əl-Kaf olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər