AVRO-2020: Daha dörd komanda vəsiqəni təmin edə bilər
16-11-2019, 09:49
Oxunub: 3 819
Bu gün AVRO-2020-nin seçmə mərhələsində IX tura yekun vurulacaq.
APA-nın məlumatına görə, turun son günündə C, E, G və İ qruplarında oyunlar baş tutacaq.
Bu matçlardan sonra AVRO-2020-nin daha dörd iştirakçısı bəlli ola bilər. Bunlar Hollandiya, Almaniya, Xorvatiya və Avstriya yığmalarıdır.
Azərbaycan millisi mübarizə apardığı E qrupunda son ev matçına çıxacaq. Yığmamız Uelslə görüşəcək.
Qrupun digər qarşılaşmasında Xorvatiya Slovakiyanı qonaq edəcək. Riyekadakı görüşdə meydan sahibləri 1 xal qazansalar, final mərhələsinə vəsiqə əldə edəcək.
C qrupunda da iki oyun keçiriləcək. Şimali İrlandiya evdə Hollandiyanı qəbul edəcək. Qonaqlar uduzmasa, AVRO-2020-yə yüksələcək. Bu, Belarusu qəbul edəcək Almaniyanı da final mərhələsinə daşıya bilər. Şimali İrlandiya uduzsa 1 xal, böyük britaniyalılar heç-heçə etsə isə qələbə Bundestimi istəyinə çatdıracaq.
G qrupunda keçiriləcək üç matçdan sonra qitə çempionatının daha bir iştirakçısı bəlli olacaq. Artıq yarışa vəsiqə qazanan Polşa İsraillə görüşəcək. Bu hüquqa yiyələnməyə yaxın olan Avstriya Şimali Makedoniyanı məğlub etsə, həlledici raunda çıxacaq. Lakin heç-heçə də avstriyalılara yetərli ola bilər. Bunun üçün digər iki oyunun nəticəsi də önəm daşıyacaq.
İ qrupunda final mərhələsinə yüksələn Rusiya və Belçika 1-ci yer uğrunda mübarizə aparacaq. Digər iki görüş isə formal xarakter daşıyacaq.
Qeyd edək ki, sonuncu – X tur sabah start götürəcək.
AVRO-2020-nin seçmə mərhələsi
IX tur
16 noyabr
C qrupu
23:45. Şimali İrlandiya – Hollandiya
23:45. Almaniya – Belarus
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər