Rafael Ağayev Fransada ağır zədələnib-FOTO
25-01-2020, 10:37
Oxunub: 5 984
Beşqat dünya çempionumuz Rafael Ağayevə gəlincə, o, Bakıya medalsız qayıtmalı olacaq...
Fransanın paytaxtı Parisdə karate üzrə ilin ilk Premyer Liqa yarışına start verilib.
İnterAz xəbər verir ki, birinci gün tatami üzərində 16 idmançımızdan doqquzu çıxıb.
Bunlardan Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi -67 kq), Rafael Ağayev (-75 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) kumitedə, Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyev isə kata komandalarının çıxışında mübarizəyə qatılıb.
İdmançılarımızdan yalnız Rafiz Həsənov bürünc medal uğrunda yarışacaq. O, iki gün sonra braziliyalı Vinisius Fiqueyra ilə qarşılaşacaq.
Beşqat dünya çempionumuz Rafael Ağayevə gəlincə, o, Bakıya medalsız qayıtmalı olacaq. Tanınmış idmançımız belaruslu Qleb Saçkovski və çilili Matias Rodriqes Fuentasla görüşlərdə 2:0 hesabı ilə qalib gəlib. Lakin o, cənubi amerikalı idmançı ilə görüşdə ciddi zədə alıb. Buna baxmayaraq, döyüşü davam etdirərək qalib gəlib.
O, 1/4 finalda yaponiyalı Yusei Sakiyama ilə qarşılaşıb. Gərgin keçən görüşdə yapon idmançı 3:2 hesabı ilə qalib gəlib. Daha sonra yapon idmançının özü də yarımfinalda uduzduğundan, Rafael Ağayevin medalsız qalacağı dəqiqləşib.
Qeyd edək ki, Olimpiadaya lisenziya xalları qazandıran turnirdə 92 ölkədən 703 karateçi iştirak edir. Sabah daha yeddi idmançımız medal uğrunda yarışacaq.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər