Azərbaycan Premyer Liqasının oyunları təxirə salınmayacaq (RƏSMİ)
3-03-2020, 15:18
Oxunub: 5 572
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında ölkə ərazisində keçirilən kütləvi idman tədbirlərinin təxirə salınması ilə bağlı hər hansı bir qərar yoxdur. Odur ki, biz Azərbaycan Premyer Liqasının, I Divizionun və Azərbaycan Kubokunun oyunlarına normal şəkildə davam edəcəyik".
Bu fikirləri "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev koronavirusa görə çempionat oyunlarının təxirə salınma ehtimalı barədə danışarkən deyib.
Qurumun rəsmisi bildirib ki, məsələ ilə bağlı iclas keçirilib və digər ölkələrdən də nümunə götürülüb: "Məsələn, koronovirusun geniş yayıldığı İtaliyada sadəcə bəzi oyunlar təxirə salınır. Qonşu ölkələrdə isə çempionat öz axarı ilə davam edir. İndiki məqamda oyunların təxirə salınması məsələsi gündəmdə deyil. Oyunların keçirilməsi ilə bağlı hər hansı bir problem yaranarsa (ezam, tibbi, təhlükəsizlik) komandaların fərdi müraciəti olarsa, bu məsələlərə baxıla bilər”.
Qeyd edək ki, daha öncə AFFA bütün liqalardakı oyunları koronavirusa görə təxirə salıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər