BolgeXeber.Com » İdman » "İddiaçılar Turnirindən imtinam şəxsi səbəblə əlaqədar deyil" - Teymur Rəcəbov
"İddiaçılar Turnirindən imtinam şəxsi səbəblə əlaqədar deyil" - Teymur Rəcəbov
6-03-2020, 14:50
Oxunub: 5 619
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İddiaçılar Turnirindən şəxsi səbəblərə görə imtina etdiyinə dair xəbərlərə aydınlıq gətirib.
"Report"un məlumatına görə, 33 yaşlı qrossmeyster "İnstagram" hesabı vasitəsilə açıqlama yayıb.
O, turnirdən çıxmasının şəxsi səbəblərlə əlaqədar olmadığını vurğulayıb: "Əziz həmvətənlər, şahmat həvəskarları, şahmat ictimaiyyəti, həmkarlar və dostlar, turnirdən çıxmağım üçün şəxsi səbəblərim yoxdur. FIDE-yə göndərdiyim məlumat və onların cavabı ilə bağlı tezliklə açıqlama verəcəyəm".
Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirinə Dünya Kubokunun qalibi kimi vəsiqə qazanmışdı. Yarış martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Turnirdə ümumilikdə 8 şahmatçı - Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland) Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Kirill Alekseyenko (hamısı Rusiya), Dinq Liren və Hao Yanq (hər ikisi Çin) iştirak edəcəklər. Yarışın qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər