BolgeXeber.Com » İdman » UEFA AVRO-2020-nin təxirə salınması üçün 302 milyon avro istəyir

UEFA AVRO-2020-nin təxirə salınması üçün 302 milyon avro istəyir

17-03-2020, 10:39
Oxunub: 3 738
UEFA AVRO-2020-nin təxirə salınması üçün 302 milyon avro istəyir
UEFA Avropa çempionatının təxirə salınması üçün klublardan və liqalardan 275 milyon funt sterlinq (302 milyon avro) tələb edəcək.

"Report" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, qurum AVRO-2020-nin 2021-ci ilə təxirə salınma ehtimalını nəzərdən keçirir.

Qeyd edək ki, UEFA bu gün 55 milli assosiasiyanın iştirakı ilə videokonfrans keçirəcək və turnirlə bağlı qərar veriləcək. AVRO-2020 12 iyun - 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalıdır. Onlar arasında Bakı da var. A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin 1 matçı isə Bakı Olimpiya Stadionunda keçirilməlidir.