BolgeXeber.Com » İdman » "Qarabağ"ın legioneri: "Ümid edirəm ki, hər şey daha az ölümlə həll olacaq"
"Qarabağ"ın legioneri: "Ümid edirəm ki, hər şey daha az ölümlə həll olacaq"
18-04-2020, 10:38
Oxunub: 6 621
“Burada 1100-dən çox insan koronavirusa yoluxub. Aprelin 20-dək evdə qalmalıyıq”.
“Report” xəbər verir ki, bu fikirləri “Qarabağ”ın futbolçusu Miçel Madeyra Azərbaycandakı vəziyyət barədə “Lavozdeasturias” nəşrinə açıqlamasında deyib.
35 yaşlı yarımmüdafiəçi ehtiyacı olanları almaq üçün gündə yalnız iki saat çölə çıxa bildiklərini söyləyib: “Bunu edərkən sms göndərməliyik. Aprelin 23-də UEFA İcraiyyə Komitəsinin iclası olacaq. Liqaların taleyini həmin vaxt biləcəyik”.
Miçel qaydaların sərt olduğunu və hər şeyin düzələcəyinə ümid etdiyini vurğulayıb.
İspaniyalı legioner ölkəsi barədə də danışıb: “İspaniyadan görmək istədiyim - ölkəmin çox yaxşılaşmasıdır. Ümid edirəm ki, hər şey daha az ölümlə həll olacaq. Məşqə və futbola ən qısa vaxtda qayıtmaq hamımızın istəyidir".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının oyunları koronavirusa görə dayandırılıb. Miçel Madeyra "Qarabağ"da 2015-ci ildən çıxış edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər