BolgeXeber.Com » İdman » Türkiyə Super Liqası bu tarixdə bərpa ediləcək

Türkiyə Super Liqası bu tarixdə bərpa ediləcək

29-05-2020, 10:20
Oxunub: 3 921 28 may tarixində Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin iclası keçirilib.

İclasda Superliqanın taleyi ilə bağlı son qərar verilib.

Mövsümün  iyunun 12-də bərpa olunacağı bildirilib. Oyunların təqviminin gün ərzində açıqlanacağı qeyd edilib.

Bununla belə, kubokun yarımfinalının cavab oyunlarının tarixi isə açıqlanıb. İyunun 16-da "Fənərbağça” – "Trabzonspor”, iyunun 18-də isə "Alanyaspor” – "Antalyaspor” oyunu keçiriləcək
 
Offsideplus.az