Azərbaycan Premyer Liqası nə vaxt başlayacaq? – tarix bilindi
30-05-2020, 16:43
Oxunub: 6 963
İyunun 1-dən Azərbaycanda açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə veriləcək.
Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən yaydığı açıqlamaya görə, bu qərar 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılması çərçivəsində müəyyənləşdirilib.
Sabah isə AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək. Saat 12:00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək. Toplantıda Premyer Liqa klublarının məşqlərinin və oyunlarının mümkün bərpası müzakirə olunacaq.
Elita təmsilçiləri gələn ayın ilk günündən etibarən məşqlərə başlayacaq. Artıq AFFA-dan onlara belə bir şifahi təlimat gəlib. Premyer Liqanın bərpa tarixi olaraq iyunun 21-i seçilib.
Yəni, martın 14-dən çalışmalarını dayandıran komandaların hazırlıq üçün cəmi 20 gün vaxtı olacaq.
Çempionatın son 8 turunun, həmçinin ölkə kubokunun yarımfinal və final oyunlarının başa çatdırılması üçün 1 ay nəzərdə tutulub. Federasiya mövsümü iyulun 25-28-i aralığında qapatmağı planlaşdırır (sportinfo.az).
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər