BolgeXeber.Com » İdman » Türkiyə Kubokunun sahibi “Fənərbaxça” oldu

Türkiyə Kubokunun sahibi “Fənərbaxça” oldu

23-05-2013, 09:50
Oxunub: 4 937 Bolgexeber.com xəbər verir ki, finalda “Fənərbaxça” ilə “Trabzonspor” üz-üzə gəlib.

“Ankara 19 may” stadionunda baş tutan oyuna İstanbul klubu surətlə başlayıb. Baş məşqçi Aykut Kocamanın yetirmələri matçın 9-cu dəqiqəsində Mussa Sou ilə hesabı açıb. Fasiləyə qədər tərəflər bir neçə dəfə qol vurmağa yaxın olublar, lakin ilk hissə bu hesabla başa çatıb. Hesabda geri olan Qara dəniz təmsilçisi ikinci yarıda hücumlarının kəsərini daha da artırıb. Amma buna baxmayaraq, görüşün nəticəsini dəyişməyi bacarmayıblar və qarşılaşma “Fənərbaxça”nın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Bununla da, “Fənərbaxça” ardıcıl 2-ci dəfə Türkiyə kubokuna sahib olub.

Qeyd edək ki, ötən il “sarı bülbüllər” finalda “Bursaspor”la qarşılaşıb və görüşdən 4:0 hesabı ilə qalib ayrılıb. Bu, həmçinin “Fənər”in 6-cı ölkə kubokudur.