Türkiyə Super Liqası bu gün bərpa olunur
12-06-2020, 12:41
Oxunub: 1 192
Bu gün futbol üzrə Türkiyə Super Liqası bərpa olunacaq.
AZXEBER.COM-un məlumatına görə, çempionat 87 günlük fasilədən sonra qaldığı yerdən davam etdiriləcək. XXVII turun bütün matçları bir dəqiqəlik sükutla başlayacaq. Koronavirus səbəbindən dünyasını dəyişənlər və iki gün əvvəl həyatını itirmiş Türkiyə millisinin sabiq üzvü Talat Özkarslının xatirəsi qarşılaşmalarda 1 dəqiqəlik sükutla yad olunacaq. Eyni zamanda, futbolçular öz istəkləri ilə qara sarğıdan yararlanacaqlar.
İlk oyun günündə iki qarşılaşma keçiriləcək. "Fənərbağça" "Kayserispor"u, "Göztepe" "Trabzonspor"u qəbul edəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Superliqanın oyunlarında koronavirusa görə bır sıra məhdudiyyətlər olacaq. Qarşılaşmalar azarkeşsiz keçiriləcək və oyundan öncə stadionlardakı otaqlar dezinfeksiya olunacaq. Komandalar və hakimlər 15 dəqiqə fərqlə stadionun ərazisinə girib-çıxa biləcəklər. Matçlarda yan xəttlərdə 2, qapıların arxasında isə 1 nəfər olmaqla 6 topdaşıyan olacaq. Həmin şəxslər mütləq əlcək və maska taxmalıdırlar.
Superliqa oyunlarında ən azı 15 topdan istifadə olunmalıdır. Oyundan öncə toplar dezinfeksiya olunacaq və sonra bağlı məkanda saxlanılacaq. Ehtiyat oyunçular skamyasında futbolçular yanlarındakı iki oturacağı boş saxlamalıdır. Oyunçular salamlaşmayacaq və matçdan əvvəl komanda şəklində foto çəkilməyəcək.
Futbolçular, baş məşqçilər və komanda üzvlərinin stadiona daxil olandan sonra temperaturları yoxlanılacaq. Bütün komanda üzvləri, jurnalistlər oyunlardan iki gün əvvəl antikor testindən keçəcəklər.
Qeyd edək ki, Türkiyə Super Liqası martın 19-da koronavirus pandemiyasına görə dayandırılıb.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 5-02-2021, 15:10 : Təhsil nazirimiz dəyişsə də məktəblərdəki biyabırçılıqlar dəyişməz olaraq qalır-Video
Xəbərlər
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər