“Liverpul” çempion oldu - 30 ildən sonra
26-06-2020, 09:37
Oxunub: 5 690
Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci tura yekun vurulub.
"Qafqazinfo" az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçirilib.
“Bernli” “Uotford”u minimal hesabla (1:0) məğlub yola salıb. Səfərdə “Sauthempton”la qarşılaşan “Arsenal” turu inamlı qələbəylə (0:2) başa vurub.
Turun mərkəzi görüşü Londonda keçirilib. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Mançester Siti” səfərdə “Çelsi”nin qonağı olub. Üç qolun qeydə alındığı matç londonluların qələbəsiylə (2:1) başa çatıb.
Mançesterlilərin bu xal itkisi isə lider “Liverpul”un sona 7 tur qalmış çempionluğu rəsmiləşdirməsiylə əlamətdar olub. Bu, “qırmızılar”ın 30 illik fasilədən sonra ilk çempionluğudur.
Qeyd edək ki, "Liverpul" sonuncu dəfə 1989/1990 mövsümündə İngiltərə çempionluğu qazanıb.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər