BolgeXeber.Com » İdman » Zabit Səmədov əfsanəvi döyüşçü Badr Harini yerə sərdi- Video

Zabit Səmədov əfsanəvi döyüşçü Badr Harini yerə sərdi- Video

26-05-2013, 09:20
Oxunub: 5 490 "Mauqli" əvvəllər iki dəfə uduzduğu "Pis oğlan" ləqəbli Badr Harini nokauta saldı
Azərbaycanın K-1 idman növündəki təmsilçisi Zabit Səmədov parlaq qələbə qazanıb. Anspress-in məlumatına görə, "Mauqli" ləqəbli idmançımız "Leqenda" turnirində əfsanəvi mərakeşli kikboksçu Badr Hari üzərində inamlı qələbə qazanıb. Zabit Səmədov əvvəllər iki dəfə qarşılaşdığı və hər dəfə məğlub olduğu rəqibini bu dəfə nokautla məğlub edib.

İlk raundda Badr Harini bir dəfə nokdauna salan Zabit Səmədov ikinci raundda təşəbbüsü bir qədər əldən verib. Nəticədə boyca ondan hündür olan Badr Hari ayaq zərbələri ilə üstünlüyü ələ almağa çalışıb. Ancaq "Mauqli" bir zərbə ilə Badr Harini yerə sərərək adlı-sanlı rəqibi üzərində nokautla qələbə qazanıb.

Qarşılaşmadan sonra "Pis oğlan" ləqəbi ilə tanınan Badr Hari Zabit Səmədova əl verməkdən imtina edib. Zabit Səmədov isə rinqdə Azərbaycan bayrağı ilə dövrə vurub. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da rinqə çıxaraq Zabit Səmədovu təbrik edib.