“Başakşəhər“ Türkiyənin Super Liqasının çempionu olub
20-07-2020, 10:30
Oxunub: 5 546
Türkiyə Super Liqasının 33-cü turunda “Başakşəhər“ “Kayserispor“a minimal hesabla qalib gəlib.
“Report“ xəbər verir ki, matç 1:0 hesabı ilə başa çatıb. Qələbə qazanan “Başakşəhər“ Super Liqanın çempionu olub.
Qarşılaşma İstanbulun “Başakşəhər Fatih Terim” stadionunda baş tutub. Matçda yeganə qol birinci hissənin 19-cu dəqiqəsində vurulub. Mahmut Tekdemir komandasının matçdakı yeganə qoluna imza atıb. Qarşılaşmanın 36-cı dəqiqəsində meydan sahibləri hesabdakı fərqi artırmaq imkanı qazanıblar. Lakin Edin Vişç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Bu, “Başakşəhər”in ilk çempionluğudur. Türkiyə çempionatında bu göstərici üzrə “Qalatasaray” liderdir. Komanda 22 dəfə çempionluq tituluna yiyələnib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər