Avropa Liqası: Türkiyə çempionu mübarizəni dayandırdı-VİDEO
6-08-2020, 11:24
Oxunub: 6 762
UEFA Avropa Liqasında mövsümün yarımçıq qalmış bölümü bərpa olunub.
"Report"un məlumatına görə, ilk olaraq, 1/8 final mərhələsinin iki cavab görüşü keçirilib. Hər iki qarşılaşmada eyni hesab qeydə alınıb.
Türkiyənin yeganə təmsilçisi "Başakşehir" Danimarkada "Kopenhagen"in qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 4-cü dəqiqədə Yonas Vinn açıb. 52-ci dəqiqədə Vinn dəqiq penalti zərbəsi ilə "dubl" edib. Matçda son nöqtəni isə 62-ci dəqiqədə Rasmus Falk qoyub.
Beləliklə, Türkiyə çempionu iki görüşünün yekunu olaraq, mübarizəni dayandırıb. Martın 12-də keçirilmiş ilk matçda "Başakşehir" 1:0 hesabı ilə qalib gəlmişdi.
Mərhələni adlayan digər komanda isə Ukrayna "Şaxtyor"u olub. Donetsk klubu Kiyevdəki cavab görüşündə Almaniya "Volfsburq"unu yenib - 3:0. Hesabı 89-cu dəqiqədə Junior Moraeş açıb. 90+1-ci dəqiqədə Manor Solomon fərqlənib. 90+3-cü dəqiqədə isə Moraeş son nöqtəni qoyub. İlk görüşdə də "Şaxyor" qələbə qazanmışdı - 3:1.
Qeyd edək ki, "Kopenhagen" 1/4 finalda LASK (Avstriya) - "Mançester Yunayted" (İngiltərə) cütünün, "Şaxtyor" isə "Ayntraxt" (Frankfurt, Almaniya) - "Bazel" (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər