Çempionlar Liqası: "Atletiko" uduzdu, "Leyptsiq" yarımfinalda
14-08-2020, 10:00
Oxunub: 6 410
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib."Report"un məlumatına görə, Almaniya “Leyptsiq”i İspaniyanın “Atletiko” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Görüş Bundesliqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda baş tutan matçın ilk hissəsində qapılara qol vurulmayıb.
Görüşdə hesabı 50-ci dəqiqədə "Leyptsiq" açıb. Dani Olmo fərqlənib. 71-ci dəqiqədə "Atletiko"nun hücumçusu Joao Feliks penaltidən fərqlənməklə tarazlığı bərpa edib. Oyunun əsas vaxtının başa çatmasına 2 dəqiqə qalmış isə Tayler Adams "Leyptsiq"i yenidən önə çıxarıb. Yekunda 2:1 hesablı qələbə qazanan Almaniya klubu tarixində ilk dəfə adını yarımfinala yazdırıb.
Qeyd edək ki, "Leyptsiq" yarımfinalda Fransa çempionu PSJ ilə qarşılaşacaq.
1/4 finalın növbəti oyunu bu gün İspaniya “Barselona”sı və Almaniya “Bavariya”sı arasında olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər