Premyer Liqada format dəyişəcək, komanda sayı artacaq
14-09-2020, 16:13
Oxunub: 6 322
“Növbəti mövsüm üçün yeni format fikirləşmişik. Bu da çempionatın daha maraqlı və gərgin olmasına xidmət edəcək”. Bolgexeber.com xəbər verir ki, bunu apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
Bu gün keçirilən seçkilərdə növbəti dəfə PFL rəhbəri postuna seçilən Musayev növbəti mövsüm Premyer Liqada komanda sayının artacağını söyləyib. Onun sözlərinə görə, yarış yeni formatda baş tutacaq: “2021/22 mövsümündə komanda sayını artırmağı nəzərə tuturuq. İnşallah, ölkəmizdə heç bir problem olmaz. Hər şey qaydasında gedərsə, növbəti mövsüm Premyer Liqa 10 komandanın iştirakı ilə keçiriləcək. Düzdür, bunu cari mövsüm etmək istəyirdik. Lakin məlum səbəblərdən alınmadı”.
Musayev elitaya cəlb olunacaq komandaların bölgə təmsilçiləri olacağını əlavə edib: “Premyer Liqaya yeni qoşulacaq komandaların kimliyi barədə indidən nəsə desəm, yanıla bilərəm. Amma mütləq bölgə komandaları olmalıdır. 10 komanda ilə mübarizə aparsaq belə, 4 dövrəli çempionat keçiriləcək. Ancaq fərqli format olacaq ki, çempionat gərgin alınsın”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər