“Qarabağ” ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsində!
2-10-2020, 10:17
Oxunub: 6 226
Qarabağ” komandası UEFA Avropa Liqasında pley-off oyununu keçirib.
Azərbaycan təmsilçisi Polşada “Legiya”nın qonağı olub. Varşavadakı “Wojska Polskiego” stadionunda təşkil olunmuş qarşılaşma Ağdam komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0.
Baş məşqçi Qurban Qurbanov start heyətində zədəsini yenicə sağaldan futbolçulardan yalnız Abdullah Zubirə yer verib. Mahir Emreli və Xayme Romero isə ehtiyatda qalıb. Pasport problemini həll edərək, Varşavaya sonradan yollanan Donald Gerye isə “18-liy”ə düşməyib.
Oyun əvvəldən sonadək “Qarabağ”ın üstünlüyü şəraitində keçib. Lakin ilk yarıda qol imkanlarından yararlanmaq mümkün olmayıb. Əvəzində Azərbaycan komandası ikinci hissəyə qolla başlayıb. 50-ci dəqiqədə Ovusu Kvabenanın ötürməsindən sonra Patrik Andrade hesabı açıb. Hücumlarını davam etdirən Ağdam komandası 62-ci dəqiqədə yenidən fərqlənib. Bu dəfə Zubir rəqib müdafiəçilərini təkbaşına arxada qoyaraq, Artur Borutsu da məğlub edib. Oyunda son nöqtəni isə 70-ci dəqiqədə Andradenin ötürməsindən sonra qüvvətli zərbə ilə Filip Ozobiç qoyub.
Beləliklə, “Qarabağ” ardıcıl 7-ci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib. Ağdam komandası Avropa Liqasının qrup mərhələsində isə 6-cı dəfə mübarizə aparacaq.
Qeyd edək ki, püşkatma mərasimi bu gün saat 17:00-da olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər