Konfederasiyalar Kubokunun qalibi Braziliya oldu
1-07-2013, 08:35
Oxunub: 7 190
Braziliyada keçirilən Konfederasiyalar Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, sayca 9-cu dəfə reallaşan yarışın son günündə azarkeşlər 2 oyuna şahidlik edib.
Əvvəlcə 3-cü yer uğrunda görüş baş tutub. Burada Cənubi Amerika çempionu Uruqvay milli komandası ilə Avro-2012-nin finalçısı İtaliya yığması münasibətlərinə aydınlıq gətirib.
Qarşılaşmada Apennin təmsilçisi qələbə qazanaraq, turnirin brünc medallarına sahib olub.
Matçın əsas hissəsində tərəflər hərəyə 2 dəfə fərqləniblər. Əlavə vaxtda isə qalib müəyyənləşmədiyindən penaltilərə ehtiyac duyulub. Burada isə baş məşqçi Çezare Prandellinin yetirmələri daha dəqiq oynayıb – 3:2.
Daha sonra “Marakana” stadionunda final oyunu keçirilib. Ev sahibi Braziliya ilə İspaniya turnirin ən güclüsü olmaq üçün üz-üzə gəlib.
Görüşdə isə meydan sahibləri son dünya və Avropa çempionlarını darmadağın edib. Oyun 3:0 hesabı ilə başa çatıb. Matçda Fred dubl imza atıb. Digər qolu isə ispanların qapısından Neymar keçirib.
Qeyd edək ki, Konfederasiyalar Kuboku ilk dəfə 1992-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Kral Fəhd Kuboku adı altında baş tutan turniri ən çox bu da daxil olmaqla Braziliya qazanıb – 4 dəfə (1997, 2005, 2009). 2 dəfə (2001, 2003) Fransa, hərəyə 1 dəfə isə Argentina (1992), Danimarka (1995) və Meksika (1999) qalib gəlib.
Konfederasiyalar Kuboku
30 iyun
Üçüncü yer uğrunda oyun
Uruqvay - İtaliya - 2:2 (penaltilər seriyası - 2:3)
QOLLAR: Kavani, 58; 78 - Astori, 25, Diamanti, 73
Salvador. “Yeni Fonte Arena”
Baş hakim: Haymudi Camel (Əlcəzair)
Uruqvay: Muslera, Luqano, Qodin, Kaseres, Qarqano, Rodriqes, Pereyra, Arevalo, Forlan, Kavani, Suares
İtaliya: Buffon, Madjo, Kellini, Astori, De Şilo, Kandreva, De Rossi, Montolivo, Diamanti, Cilardino, El-Şaaravi
Final
Braziliya – İspaniya - 3:0
QOLLAR: Fred, 2; 47, Neymar, 44
Rio-de-Janeyro. “Marakana” stadionu
Baş hakim: Born Kaypers (Hollandiya)
Braziliya: Julio Sezar, Dani Alves, Tiaqo Silva, David Luiz, Marselo, Ernanes, Paulinyo, Halk, Neymar, Fred
İspaniya: Kasilyas, Alvaro Arbeloa, Pike, Serxio Ramos, Xordi Alba, Buskets, Xavi, İnyesta, Pedro, Mata, Fernando Torres
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər