BolgeXeber.Com » İdman » Avropa çempionatı: Rafael Ağayev finalda uduzdu, İrina Zaretska çempion oldu
Avropa çempionatı: Rafael Ağayev finalda uduzdu, İrina Zaretska çempion oldu
22-05-2021, 17:05
Oxunub: 5 280
Azərbaycanın tanınmış karateçisi Rafael Ağayev Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
75 kq çəki dərəcəsində çıxış edən idmançı Ukrayna təmsilçisi Stanislav Horuna ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Ağayev ikinci yerlə kifayətlənib və gümüş medal qazanıb.
Digər karateçimiz Pənah Abdullayev də final görüşünə çıxıb. 84 kq çəki dərəcəsində mübarizə aparan idmançı Türkiyə təmsilçisi Uğur Aktaşla qarşılaşıb. Rəqibinə məğlub olan Abdullayev gümüş medalla kifayətlənib.
Qadın karateçimiz İrina Zaretska isə həlledici görüşdə Yunanıstan təmsilçisi Vasiliki Panetsidu ilə üz-üzə gəlib. 68 kq çəki dərəcəsində çıxış edən idmançı rəqibinə qalib gələrək Avropa çempionu olub.
Qeyd edək ki, İrina Zaretska 2016-cı ildə Avropa, 2018-ci ildə isə dünya çempionatında da qızıl medal qazanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər