"Neftçi" azarkeşlərini sevindirə biləcəkmi?
23-07-2013, 10:50
Oxunub: 7 175
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilir. Azərbaycan çempionu “Neftçi” də bu turnirdəki növbəti matçına çıxır.
Komandamız ilk cəhdində Albaniya çempionu “Skenderbeu”nu mübarizədən kənarlaşdırmalıdı. Hansı ki, “Neftçi” kimi, bu komanda da son üç mövsümdə ardıcıl olaraq ölkə çempionu adını qazanıb. Növbəti mərhələyə adlamaq yolunda hər şeyə elə ilk oyunda - Bakıda aydınlıq gətirməli olan Böyükağa Hacıyevin komandası həmin görüşdə ümidləri qətiyyən doğrultmadı. İşini çətinləşdirən təmsilçimiz növbəti mərhələyə vəsiqənin taleyinə rəqib meydanında keçirilən cavab matçında aydınlıq gətirmək məcburiyyətində qalıb.
Yeri gəlmişkən 23 iyul Ağdamın işğal günü olduğundan "Neftçi" meydana qara sarğı ilə çıxmaq və oyundan qabaq 1 dəqiqəlik sükut üçün UEFA-ya məktub ünvanlayıb.
Dünyanın məşhur totalizatorları bu cütdə "Neftçi"nin növbəti mərhələ imkanlarıa daha yüksək qiymətləndirirlər. "Neftçi"nin qələbəsi 1,85 əmsalla qiymətləndirildiyi halda, ev sahiblərinin qələbəsinə 3,9 əmsal verilib.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk görüşdə hesab açılmamışdı – 0:0.
Çempionlar Liqası
İkinci təsnifat mərhələsi (cavab oyunu)
23 iyul
23:00. "Skenderbeu" - "Neftçi"
Baş hakim: Pavel Gil (Polşa)
Korçe. “Skenderbeu” stadionu.
İlk oyun – 0:0/avrofutbol.com/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər