Bu gün “Qarabağ” klubu İsveçrədə “Bazel” ilə qarşılaşacaq
9-12-2021, 11:30
Oxunub: 5 616
Dekabrın 9-da “Qarabağ” komandası UEFA Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.
Qurban Qurbanovun yetirmələri H qrupundakı altıncı sınağında İsveçrənin “Bazel” klubunun qonağı olacaq. “Sent Yakob Park” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.
Görüşü xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edəcək. Bu komandalar arasında Bakıdakı görüş qolsuz heç-heçə ilə başa çatıb.
Qrupdan çıxması dəqiqləşdirilmiş hər iki kollektiv səkkizdəbir finala birbaşa vəsiqə uğrunda mübarizə aparacaq. Ağdam təmsilçisi qrupu ilk pillədə bitirmək üçün səfərdə mütləq qalib gəlməlidir. Meydan sahiblərini isə heç-heçə də qane edəcək.
“Qarabağ”ın heyətində Bədavi Hüseynov, Xayme Romero və Qaspar Panadero zədə səbəbindən oynamayacaqlar. Zədəsini yenicə sağaltmış Kevin Medinanın meydana çıxması sual altındadır. “Bazel”in heyətində yeganə itki isə sol cinah müdafiəçisi Andrea Padulanın zədəli olmasıdır.
Bu oyun “köhlən atlar” üçün avrokuboklarda yubiley matçı olacaq. Komanda beynəlxalq arenada 140-cı görüşünə çıxacaq.
Qeyd edək ki, bu qrupun digər oyununda Kiprin “Omoniya” komandası Qazaxıstanın “Kayrat” komandasını qəbul edəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər